Azərbaycanda `Formula-1` yarışları bu tarixdə başlayacaq


13:14     01 Dekabr 2016 13450910_979122778852389_2265395960582175591_n3.jpg

Bu gün Vyanada Beynəlxalq Avtomobil İdmanı Feredasiyasının (FİA) Baş assambleyasının illik proqramı çərçivəsində Ümumdünya Avtomobil İdmanı Şurasının növbəti iclası keçirilib. Virtualaz.org bildirir ki, həmin iclasda federasiyanın təşkil etdiyi 16 çempionat və seriyanın təqvimləri təsdiq olunub.


O cümlədən, “Formula-1” yarışlarının 2017-ci il üçün təqvimi təsdiqlənib. Beləliklə, gələn il mövsüm 20 mərhələdən ibarət olacaq və “Almaniya Qran-Prisi” keçirilməyəcək. Ən vacib dəyişikliklərdən biri odur ki, Bakıdakı yürüş bir həftə ertələnib. O, iyun ayının 25-nə nəzərdə tutulub və beləliklə, “Le-Manın 24 saatı” marafonu ilə üst-üstə düşmə ehtimalı aradan qaldırılıb.

Bundan başqa, “Kanada Qran Prisi” ilə Bakıdakı yürüş arasında artıq iki həftə vaxt var ki. bu da nəqliyyat problemlərinin aradan qaldırılmasına səbəb olacaq. Ölkəmizin daha bir istəyi də nəzərə alınaraq, rəsmi təqvimə Bakı yürüşü, ötən mövsüm olduğu kimi, “Avropa Qran-Prisi” adı altında deyil, “Azərbaycan Qran-Prisi” kimi daxil edilib.

Yeni mövsüm martın 26-da Avstraliyada start götürəcək. “Azərbaycan Qran-Prisi” səkkizinci mərhələdir. Mövsüm noyabrın 26-da Əbu-Dabidə yekunlaşacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1265